İranın səfirini qəbul edib

Oktyabrın 29-da gənclər və idman naziri Fərid Qayıbov, İran İslam Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Möctəba Dəmirçilunu qəbul edib.

Allsport.az saytı xəbər verir ki, söhbət zamanı Azərbaycan və İran arasında gənclər və idman sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub, ikitərəfli əlaqələrin genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi barədə fikir mübadiləsi aparılıb.

Görüşdə nazirliyin geynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova və səfirliyin mətbuat katibi Hüseyn Ətayi də iştirak ediblər.

Həmin kateqoriyadan