- Baxış sayı: 70
- 05 Fevral 2026 21:01
- Baxış sayı: 147
- Fevral 08, 2026
- 0

Minskdə yeniyetmələr və 23 yaşadək avarçəkənlər arasında dünya çempionatında Azərbaycan təmsilçiləri bu gün daha 3 yürüşə qatılıblar. Allsport.az saytı xəbər verir ki, əvvəlcə start xəttinə yeniyetmə kanoeçi Mixail Bıxkalo çıxıb. O, 1-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə 44,693 saniyə nəticə ilə 7-ci yeri tutub. Bu nəticə ilə 17 yaşlı kanoeçi ən yaxşı 7-ci yer sahibi kimi yarımfinala yüksəlib.
23 yaşadək kayakçıların mübarizəsində Tamerlan Mustafayev 1-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə çıxış edib. O, finişə 37,699 saniyəyə 5-ci çatlıb, adını yarımfinala yazdırıb.
Nəhayət, Nikita Sablin 23 yaşadək kanoeçilər arasında 1-nəfərlik qayıqla 200 metr məsafəyə seçmə yürüşdə finişə 42,209 saniyəyə 6-cı çatıb, yarımfinala çıxıb.