- Baxış sayı: 29
- 27 Yanvar 2025 17:24
- Baxış sayı: 329
- Yanvar 27, 2025
- 0
Azərbaycan premyer liqasının XX turunun “Araz-Naxçıvan” – “Neftçi” görüşündən (2:1) sonra ev sahibi komandanın baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib. Allsport.az xəbər verir ki, muxtar respublika təmsilçisinin çalışdırıcısı qələbəni şərh edib:
“Oyunun ağır, dramatik keçəcəyini gözləyirdik. Qış fasiləsindən sonra “Neftçi”nin keçirdiyi oyunlar bu siqnalı ötürürdü. Komandamın çıxışından razı qaldım. Futbolçular əzmkarlıq göstərdilər, istədiyim futbolu göstərməyə, mənə qaytarmağa çalışdılar. Qarşıdakı oyunlara hazırlaşacağıq.
Adətən rəqibin nə edəcəyi bizim üçün də sirr olur. Bizi düşündürən komandamızın oyun dəsti-xəttidir. Onu görmək istəyirik. 90 dəqiqə ərzində 4 əvəzetmə reallaşdırdıq.
Ardıcıl 3 məğlubiyyətə görə bizi “qara zolağ”a qədər endirdilər. Halbuki buna görə nə mən, nə də komandamın üzvləri təzyiq altında idik. Futbolda qələbə ilə bərabər yenilgini də gözləməlisən. Bundan qaçmaq mümkün deyil. Sadəcə çalışırıq ki, uğurlu nəticəyə köklənək”.