- Baxış sayı: 39
- 06 Mart 2026 19:13
- Baxış sayı: 248
- Mart 05, 2026
- 0

3×3 basketbol üzrə qadınlardan ibarət Azərbaycan komandası Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən VI İslam həmrəyliyi oyunlarını qələbə ilə başa vurub.
Allsport.az xəbər verir ki, millimiz finalda Türkiyə yığmasına 21:13 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
Beləliklə, komandamız çempionluq titulunu qoruyub.
Millimiz 2017 və 2022-ci illərdə də İslam həmrəyliyi oyunlarının qalibi olmuşdu və bu nəticə ilə üçüncü dəfə ardıcıl olaraq zirvəyə yüksəlib.