- Baxış sayı: 41
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Dünya Güləş Birliyi cari ilin sentyabr ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinq siyahısını açıqlayıb. Allsport.az saytı xəbər verir ki, bizdən sıralamada 7 idmançının adı var.
Ötən ay ABŞ-ın Las Veqas şəhərində keçirilmiş Dünya çempionatında gümüş medal qazanan Mariya Stadnik reytinq siyahısında ikinciliyini qoruyub. Bundan əvvəlki reytinq siyahısında 60 kq çəkidə 7-ci sırada qərarlaşan Yuliya Ratkeviç isə Dünya çempionatında 58 kq-da qazandığı bürünc medal sayəsində bu çəkidə 4-cü sıranı tutub.
Dünya çempionatını 5-ci sırada tamamlayan Anjela Doroqan da mövqeyini yaxşılaşdırıb və siyahıda 6-cı yerə yüksəlib. Onluğa düşən daha bir güləşçimiz isə İrina Netrebadır. O, 60 kq çəki dərəcəsində reytinq siyahısının 5-ci pilləsində qərarlaşıb.
48 kq
2. Mariya Stadnik – Dünya çempionatı 2-ci yer (2)
53 kq
6. Anjela Doroqan – Dünya çempionatı 5-ci yer (10)
55 kq
11. Nataliya Sinişin – Avropa Oyunları 3-cü yer (2), 15. Alyona Kolesnik – U-23 AÇ 1-ci yer (6)
58 kq
4. Yuliya Ratkeviç – Dünya Çempionatı 3-cü yer (7@60 kq)
60 kq
5. İrina Netreba – Polşa turniri 3-cü yer (14@58 kq)
63 kq
14. Nadya Muşka – Polşa turniri 2-ci yer
Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib.