- Baxış sayı: 40
- 22 Noyabr 2024 18:15
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Bolqarıstanın paytaxtı Sofiyada güləşçilərin 56-cı “Dan Kolov – Nikola Petrov” beynəlxalq yarışı keçirilib. Allsport.az saytı xəbər verir ki, bu sınağa 4 nəfərlə qatılan komanda üzvlərinin hamısı fəqlənib.
Yunan-Romaçıların mübarizəsində millinin məşqçi Nurəddin Rəcəbovun rəhbərliyi ilə qızıl medal qazanan Rəsul Çunayev (72 kq) ötənilki nəticəsini təkrarlayıb. Elman Muxtarov (67 kq) 3-cü yerə çıxıb.
Qadınların rəqabətində Mariya Stadnik (50 kq) yenə qarşısıalınmaz olub. Elis Manolova (65 kq) bürünc medala yiyələnib. Görüşlərin idarə edilməsində ölkəmizi 2-ci dərəcəli beynəlxalq hakim Əbdül Nuriyev təmsil edib.
67 kq
Bürünc medal görüşü – Elman Muxtarov – V. Çakıl (TUR) 8:2
Təsəlliverici görüş – Elman Muxtarov – Şimoyamada Tsuçika (JPN) 8:0
1/8 final – Murat Fırat (TUR) – Elman Muxtarov 8:0
72 kq
FİNAL – Evrik Nikogosyan (FRA) – Rəsul Çunayev 0:8 (87 san)
1/2 final – Rəsul Çunayev – Cengiz Arslan (TUR) 5:1
1/4 final – Ilie Cojocari (ROU) – Rəsul Çunayev 0:9
1/8 final – Bartlomej Klimek (POL) – Rəsul Çunayev 0:5 (tuşe, 74 san)
50 kq
FİNAL – Mariya Stadnik – Milana Dadaşova (RUS) 14:4
1/2 final – Mariya Stadnik – Nadejda Sokolova (RUS) 14:4
1/4 final – Agata Walerzak (POL) – Mariya Stadnik 0:10 (52 san.)
1/8 final – Mariya Stadnik – Tabatha Grunewald (FRA) 11:0 (87 san.)
65 kq
Bürünc medal görüşü – Gabriela Sleisz (HUN) – Elis Manolova 3:7
1/2 final – Atela Hanzlickova (CZE) – Elis Manolova 7:1
1/4 final – Elis Manolova – Elizaveta Sorokina (RUS) 6:2
1/8 final – Tsaknaki Virginia (GRE) – Elis Manolova 0:5 tuşe