- Baxış sayı: 46
- 19 Noyabr 2024 20:44
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Tarixdə ilk dəfə Belarus Qəhrəmanı adına layiq görülən qadın, 4-qat olimpiya çempionu Dərya Domraçeva prezident seçkilərindən sonra nəticə ilə razılaşmayaraq küçələrə axışan Belarus vətəndaşlarına qarşı zorakılığa son verməyə çağırıb. Allsport.az saytının məlumatına görə, keçmiş idmançı müraciəti İnstaqramda yayımlayıb.
“Sülhsevər doğma Belarusu sevirəm! Və məhz beləsini! Hamıdan xahiş edirəm, kimdən asılıdır, əmr verən hər kəsdən, Omon dəstələrinin rəhbərlərindən – zorakılığı dayandırın. Bu ədalətsiz dəhşətin küçələrdə davam etməsinə imkan verməyin. İstənilən münaqişə sülh yolu ilə həll edilə bilər. Hər hansı. Rica edirəm, qulaq asın”, biatlonçu yazıb.
Maraqlıdır ki, bundan öncə o, fərqli məzmunlu post yayımlamışdı. Ölkə xalqına müraciət edərək, münaqişənin hər iki tərəfindən bir-birlərinə hörmət etmələrini istəmişdi. Bu paylaşım istifadəçilərin tənqidinə məruz qalmışdı. Bir çoxları Domraçevanın mövqeyindən məyus olduqlarını bildirmişdilər.