4 saylı qadın cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı ilə badminton turniri

Badminton federasiyası və ədliyyə nazirliyinin penitensiar xidməti arasında imzalanan tədbirlər planına əsasən, cari ilin sonuna kimi müxtəlif cəzaçəkmə müəssisələrində badminton turnirlərinin keçirilməsi davam edir.

Allsport.az saytı xəbər verir ki, ədalətli oyun prinsiplərindən irəli gələrək gender bərabərliyinin qorunması məqsədilə 4 saylı qadın cəzaçəkmə müəssisəsində “İdman həyatdır” şüarı altında badminton turniri keçirilib. Tədbirdə fəxri qonaq qismində milli olimpiya komitəsinin ədalətli oyunlar komissiyasınıın sədri Xəzər İsayev də iştirak edib.

Turnirdə I, II və III yerin qaliblərinə diplomlar, cəzaçəkmə müəssisəsində məhkumların mütəmadi olaraq badminton idman növü ilə məşğul olmaları məqsədilə müxtəlif idman ləvazimatları və digər hədiyyələr təqdim edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish