- Baxış sayı: 92
- 19 Oktyabr 2026 23:07
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0
Parabadmintonçumuz İbrahim Əliyev beynəlxalq turnirdə bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, o, bu uğura İspaniyanın Vitoriya şəhərində keçirilən kişi para badmintonçuların qoşa yarışlarında nail olub.
Sinqapur parabadmintonçusu Tay Vey Minqlə birgə duet təşkil edən İbrahim yarımfinalda mübarizəni dayandırıb. İdmançımız finala gedən yolda Hindistan təmsilçilərinə uduzub.
Əliyev-Minq cütü 1/4 finalda Fransa təmsilçiləri Martın Baptiste-Sarrobert Klement tandeminə hər iki setdə qalib gəlib.