Daha bir badmintonçumuz 1/4-də

Azərbaycanın daha bir badmintonçusu Bakıda keçirilən “Azerbaijan International 2024” turnirində 1/4 finala yüksəlib.

Allsport.az xəbər verir ki, Keişa Fatimə Zəhra 1/8 finalda hindistanlı Ora Şarmanı mübarizədən kənarlaşdırıb.

2:0 (21-14,21-16) qalib gələrək ən güclü “səkkizliy”ə düşən təmsilçimiz esabına 2200 reytinq xalı da yazdırıb.

Keişa yarımfinala yüksəlmək uğrunda keçiriləcək görüşdə Yaponiya badmintonçusu Nanami Someyanı mübarizədən kənarlaşdıran digər Hindistan təmsilçisi Anupama Upadhyaya ilə qarşılaşacaq.

Ondan öncə Edi Reski Dviçayo da adını 1/4 finala yazdırıb.

Həmin kateqoriyadan