Badmintoçumuz növbəti mərhələdə

Azərbaycan badmintonçusu Edi Reski Dviçayo “Azerbaijan International 2024” turnirində 1/8 finala yüksəlib.

Allsport.az xəbər verir ki, o, yarışın əsas mərhələsində keçirdiyi ilk görüşdə Finlandiya təmsilçisi Joakim Oldorffa 2:1 (21:15, 21:23,22-20) hesabı ilə qalib gəlib.

Edi 1/8 finalda hindistanlı Govind Krişna ilə qarşılaşacaq.

Digər badmintonçumuz Diki Pangestu isə ən güclü “16-lığ”a yüksəlmək uğrunda keçirilən qarşılaşmada Bakıda keçirilən ilk Avropa oyunlarının qalibi, təcrübəli ispan badmintonçu Pablo Abiana 0:2 (23-25,15-21) hesabı ilə uduzub.

Həmin kateqoriyadan