2 badmintonçumuz Parisə yollanır

Ölkəmiz ilk dəfə badmintonda yay olimpiya oyunlarında 2 idmançı ilə təmsil olunacaq.

Allsport.az xəbər verir ki, bu gün dünya badminton federasiyası Parisdə keçiriləcək yay olimpiya oyunlarına lisenziya qazanan badmintonçuların siyahısını açıqlayıb.

2021-ci ildə Tokioda keçirilən 4 illiyin zirvə yarışında iştirak edən Edi Reski Dviçayo bu dəfə də kişi badmintonçuların şəxsi yarışında olimpiadada ölkəmizi təmsil edəcək. Azərbaycan badmintonu tarixində ilk dəfə qadın badmintonçuların şəxsi yarışında idmançımız Keişa Fatimə Zəhra “Paris yolu” reytinqində 31-ci olaraq ölkəmizi təmsil etmək hüququ əldə edib.

Həmin kateqoriyadan