Fatimə Zəhra ilk “dördlük”də

Azərbaycanlı badmintonçu Keişa Fatimə Zəhra İsveçin Uppsala şəhərində keçirilən “Viktor Svediş Open” turnirində qadın badmintonçuların şəxsi yarışında “dördlük”də yer alıb.

Allsport.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən başlayan milli üzvü ilk görüşündə isveçli Sesilia Vanqı 2:0 (21:14, 21:19) hesabı ilə məğlub edib.

1/8 finalda şotland Reyçel Sugdeni mübarizədən kənarlaşdıran (21:9, 21:17) badmintonçumuz 1/4 finalda Danimarka badmintonçusu Frederikke Lundla qarşılaşıb. 3 set davam edən görüş Zəhranın (18:21, 21:13, 21:11) qələbəsi ilə başa çatıb.

Badmintonçumuz finala yüksəlmək uğrunda keçirilə matçda fransalı Leonice Huetə 0:2 (13:21, 14:21) hesabı ilə uduzub.

Həmin kateqoriyadan