5-qat Avropa çempionumuz reytinqdə liderliyini möhkəmləndirib

Dünya Güləş Birliyi bu ilin mart ayında keçirilən yarışların nəticəsinə əsasən, qadın güləşi üzrə yeni reytinqi açıqlayıb. Allsport.az saytı xəbər verir ki, sıralamada 7 idmançımızın adı var. 5-ci dəfə Avropa çempionluğuna yiyələnən Mariya Stadnik reytinq siyahısında liderliyini möhkəmləndirib. Qitə çempionatının 60 kq çəkidə bürünc medalına yiyələnən Yuliya Ratkeviç, 58 kq-da bir pillə yüksələrək 5-ci olub.

Ötən ayın reytinq siyahısında 55 kq çəkidə 9-cu mövqedə qərarlaşan Avropa çempionatında 58 kq-da qızıl medal qazanan Nataliya Sinişin 7-ci sıraya yüksəlib. U-23 Avropa çempionatının qalibi Tatyana Omelçenko da reytinqdəki mövqeyini yaxşılaşdırıb. 10 pillə yüksələn güləşçimiz 9-cu sırada qərarlaşıb (Qeyd: İdmançıların adları qarşısında onların iştirak etdikləri son yarışda əldə etdiyi nəticə, mötərizədə isə bundan əvvəlki reytinq siyahısında tutduqları yer göstərilib).

48 kq
1. Mariya Stadnik – Avropa çempionatı 1-ci yer (1)

53 kq 
8. Anjela Doroqan – Kiyev turniri 2-ci yer (5)

55 kq 
18. Alyona Kolesnik – U-23 AÇ 2-ci yer (18)

58 kq
5. Yuliya Ratkeviç – Avropa çempionatı 3-cü yer (60 kq) (6)
7. Nataliya Sinişin – Avropa çempionatı 1-ci yer (9 @ 55 kq)

60 kq 
9. Tatyana Omelçenko – U-23 AÇ 1-ci yer (19)
16. İrina Netreba – Polşa turniri 3-cü yer (8)

Həmin kateqoriyadan