- Baxış sayı: 304
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 41
- Dekabr 05, 2025
- 0

Dağıstan Respublikasının paytaxtrı Mahaçqalada 5-qat dünya çempionu Əli Əliyevin xatirəsinə sərbəst güləş üzrə ənənəvi beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, yarışda iştirak edən millimiz 1 dəst medal qazanıb.
65 kq-da final görüşündə yığma komandamızın 2 üzvü – Məhəmməd Müslümov və Teymur Məmmədov qarşılaşıb. Adı ilk çəkilən idmançı qalib olub. Bürünc mükafata Əli İsayev (125 kq) yiyələnib.
Qalib Əliyev (61 kq), Məhəmmədhacı Xatiyev (86 kq) və Ömər İsrailov (125 kq) bürünc medal görüşündə məğlub olaraq, 5-ci olublar.
Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakimlər Elman İsmayılov, Zaur Şərifov, Vaqif Zeynallı və Babək Allahverdiyev təmsil edib.