Yeniyetmə sərbəst güləşçilərimiz Dağıstandan 1 qızıl, 2 gümüş və 2 bürünc medalla qayıdıb

Dağıstanın Kaspiysk şəhərində dünya və 5-qat Avropa çempionu Quraməhəmməd Quraməhəmmədovun mükafatı uğrunda yeniyetmə sərbəst güləşçilər arasında beynəlxalq turnir keçirilib. Allsport.az saytı xəbər verir ki, böyük məşqçi Əsgərxan Novruzov və məşqçi Ruslan Şəmilovun rəhbərliyi ilə yarışda iştirak edən millimiz 1 qızıl, 2 gümüş və 2 bürünc medal qazanıb.

63 kq-da finala qədər bütün rəqiblərini məğlub edən Hacımurad Hacıyev həlledici görüşdə Xasavyurd güləş məktəbinin yetirməsi Kazbek Heydərovdan üstün olub.

Məhəmmədsaleh Abakarov (42 kq), Ramiz Həsənovun (50 kq) 2-ci,  İslam Əliyev və Abdulmuslim Mammədov (hər ikisi – 76 kq) 3-cü yer tutublar. Görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Vaqif Zeynallı təmsil edib.

Həmin kateqoriyadan