Qadın ağırlıqqaldıranlarımız Astaraya təlim-məşq toplanışına yollanıb

Qadın ağırlıqqaldıranlardan ibarət millimiz növbəti dəfə Astaraya təlim-məşq toplanışına yollanıb. Allsport.az saytı xəbər verir ki, komandamız orada məşqçi Təranə Abbasovanın rəhbərliyi ilə aprelin 22-nə qədər hazırlıq keçəcək.
Yığmamız Astarada yenicə istifadəyə verilmiş, Azərbaycan Ağır Atletika Federasiyası və “Zirvə” Beynəlxalq İdman Klubunun birgə inşa etdiyi təlim-məşq bazasında ən yaxşı şəraitdə məşqlər edə bilir.

İdmançılarımızın istifadəsinə 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, SPA mərkəzi, həmçinin ən müasir avadanlıqlarla təchiz olunmuş geniş fitness zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar verilib.

Həmin kateqoriyadan