- Baxış sayı: 20
- 06 Fevral 2026 15:54
- Baxış sayı: 215
- Fevral 04, 2026
- 0

“Real Madrid” cari mövsümün ilk altı ayında 600 milyon avroya yaxın gəlir əldə edib.
Allsport.az xəbər verir ki, bu barədə “kral klubu”nun maliyyə hesabatında məlumat verilib.
Beləliklə, 2024-cü ilin iyul-dekabr aylarında “Real”ın ümumi gəliri 589,8 milyon avro təşkil edib. Bu göstərici ötən mövsümün eyni dövrü ilə müqayisədə 27,9% çoxdur.
“Real Madrid” bu mövsümü çox güman ki, rekord gəlirlə başa vuracaq. 2023/24 mövsümünün sonunda “qalaktikos” tarixdə 1 milyarddan çox qazanan ilk komanda olub.