- Baxış sayı: 68
- 01 Mart 2026 12:23
- Baxış sayı: 255
- Mart 05, 2026
- 0

Azərbaycan voleybol federasiyası və “Sea Breeze Resort”un birgə təşkilatçılığı ilə çimərlik voleybolu üzrə “Sea Breeze Cup” turniri keçiriləcək.
Allsport.az xəbər verir ki, sentyabrın 2-də baş tutacaq yarışda 6 kişi və 6 qadın komandası birincilik uğrunda mübarizə aparacaq. Qarşılaşmalar olimpiya sistemi üzrə “Sea Breeze Sport Beach Club”da təşkil olunacaq.
Oyun cədvəli
09:00 – 13:00 | İlkin mərhələ
15:30 – 18:15 | Bürünc medal və final oyunları
Final oyunlarından sonra- Mükafatlandırma mərasimi