- Baxış sayı: 41
- 06 Mart 2026 13:52
- Baxış sayı: 254
- Mart 05, 2026
- 0

III MDB oyunlarında Gəncə olimpiya idman kompleksində yunan-Roma güləşində Elşad Abbasov (51 kq) qızıl medal qazandı. Allsport.az saytı xəbər verir ki, o, mükafatlandırmadan sonra çıxışını belə qiymətləndirdi:
“Allaha çox şükürlər olsun, zəhmətim yerdə qalmadı – yarışın baş mükafatına yiyələndim. İnşallah, uğurun ardı gələr. Millinin məşqçilər heyətinə təşəkkürümü bildirirəm.
Final görüşüm də rahat keçdi. 6:0-dan sonra özüm dayandım, taktika beləydi, özümü yormayıb mübarizəni bu hesabla bitirməyi düşündüm”.
Kamran HACI, Gəncə