- Baxış sayı: 51
- 05 Fevral 2026 11:58
- Baxış sayı: 110
- Fevral 06, 2026
- 0

Moskva “Dinamo”sunun hücumçusu Nikita Qusev KHL-də SSKA ilə qarşılaşmada (4:3) 3 məhsuldar ötürmə edib.
Allsport.az xəbər verir ki, bunun sayəsində o, KHL karyerasında 600 xal həddini keçib. Forvard 622 oyunda 601 (215+386) xal toplayıb.
Qusev KHL-də 600+ xal toplayan 5-ci xokkeyçi olub, o, yalnız Danis Zaripov (685), Aleksandr Radulov (696), Vadim Şipaçev (917) və Sergey Mozyakindən (928) geri qalır.