Dünya çempionatında çıxış edəcək sərbəst və yunan-Roma güləş komandalarımızın heyəti bilindi

21-26 avqustda Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, artıq bu yarışda çıxış edəcək 2 millidə heyətlər məlumdur.

Yığma komandaların Olimpiya Güləş Mərkəzində baş tutan mətbuat üçün açıq məşqində, AGF-nın vitse-prezidentləri Elçin Cəfərov və Namiq Abdullayevin iştirakı ilə Fransa paytaxtına yollanacaq bahadırların adlarını açıqlanıb.

Yarışların ilk iki günündə mübarizə aparacaq yunan-Roma güləşi üzrə seçməmizin heyəti Taleh Məmmədov (59 kq), Kamran Məmmədov (66 kq), Rəsul Çunayev (71 kq),  Həsən Əliyev (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Sabah Şəriətidən (130 kq) ibarət olacaq. Yığmamız baş məşqçi Şaban Donat, böyük məşqçi Akif Əliyev, məşqçilər Nurəddin Rəcəbovun rəhbərliyi ilə mübarizə aparacaq.

Dünya çempionatında sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq), Hacı Əliyev (61 kq), Ağahüseyn Mustafayev (65 kq), Hacımurad Ömərov (70 kq), Cəbrayıl Həsənov (74 kq), Aleksandr Qostiyev (86 kq) və Aslanbəy Alborov (97 kq) mübarizə aparacaqlar. 125 kq çəkidə mübarizə aparan Camaləddin Məhəmmədov zədəli olduğundan, bu səfəri büraxacaq. Yığmamıza baş məşqçi Firdovsi Umudov, böyük məşqçi Zəlimxan Hüseynov və məşqçi Arif Abdullayev rəhbərlik edəcəklər.

Proqrama əsasən, 21-22 avqustda yunan-Roma, 23-24 avqustda qadın güləşçilər arasında qaliblər müəyyənləşəcək. “Sərbəstlər” ayın 25-26-da xalça üzərinə çıxacaqlar.

Həmin kateqoriyadan