Qadın güləşçilərimizin heyəti açıqlandı: milli dünya çempionatına lider Mariya Stadniksiz yollanır

21-26 avqustda Parisdə güləş üzrə dünya çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, sərbəst və yunan-Roma növlərindən sonra, bu gün qadınların heyəti açıqlanıb.

Böyük məşqçi Aslan Ağayev və məşqçi Rövşən Umudov Fransa paytaxtında Türkan Nəsirova (48 kq), Leyla Qurbanova (53 kq), Nataliya Sinişin (55 kq), İrina Netreba (58 kq), Tatyana Omelçenko (60 kq), Elmira Qəmbərova (63 kq) və Elis Manolovaya (69 kq) çans verəcəklər.

Xəbər verdiyimiz kimi, qadın güləşçilərimiz avqustun 7-dən Kiyevin Qönçə Zaspa təlim-məşq bazasında Ukraynanın yığma komandası ilə birgə hazırlıqları davam etdirir. Təlim-məşq toplanışı avqustun 21-dək davam edəcək.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S kateqoriyalı beynəlxalq dərəcəli hakim Hicran Şərifov təmsil edəcək.

Həmin kateqoriyadan