- Baxış sayı: 384
- 06 Noyabr 2024 22:37
- Baxış sayı: 91
- Noyabr 21, 2024
- 0
Bu gün gənc boksçulardan ibarət millimiz Rusiyanın Nalçik şəhəri yola düşüb. Allsport.az saytı xəbər verir ki, Vaqif Şirinovun rəhbərlik etdiyi komanda Avropa birinciliyinə hazırlıq çərçivəsində yoldaşlıq görüşləri keçirəcək. Seçməmiz sentyabrın 24-dək davam edəcək səfərdə 3 qarşılaşmada qüvvəsini sınayacaq. Rəqiblər Qazaxıstan, həmçinin Rusiyanın Dağıstan və Çeçenistan respublikalarının yığmaları olacaq.
Vaqif Şirinov, Əli İsmayılov və Etibar Abdullayevdən ibarət məşqçilər korpusu yoxlama döyüşlərində Həsən İbrahimov (49 kq), Əflatun Babayev, Amil Əlizadə (hər ikisi 52 kq), Orxan Həsənov (56 kq), Niyaməddin Allahverdiyev (60 kq), Məhəmmədəli İsmayılov, Bəxtiyar Qazıbəyov (hər ikisi 64 kq), Nicat Həsənov (69 kq), Amin Kuşkov (75 kq), Zaur Musayev (81 kq), İsmayıl Yaqubov (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.
Avropa birinciliyinə hazırlığının son mərhələsi isə oktyabrın 1-18-də Bakıda olacaq. Qeyd edək ki, yarış Türkiyənin Antalya şəhərində baş tutacaq, oktyabrın 20-dən 29-dək davam edəcək.