- Baxış sayı: 43
- 14 Aprel 2025 14:21
- Baxış sayı: 43
- Aprel 14, 2025
- 0
Gürcüstanın Qori şəhərində sərbəst güləş üzrə “Şxireli kuboku” turniri keçirilib.
Allsport.az xəbər verir ki, U-20 yaş qrupu üzrə təşkil olunan turnirdə Gürcüstan, Azərbaycan, ABŞ, Qazaxıstan və İran komandaları iştirak ediblər.
Məşqçilər Rövşən Hacıyevlə Nazim Əlicanovun rəhbərliyi altında 7 güləşçi ölkəmizi ənənəvi yarışda təmsil edib. Millimizin bütün üzvləri fəxri kürsüyə qalxıb.
Vasif Bağırov (57 kq), Musa Verdiyev (65 kq) və Ramik Heybətov (70 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Camal Abbasov (61 kq) ikinci, Əhməd Əhmədli (74 kq), Emin Qocayev (79 kq) və Sadiq Mustafazadə (86 kq) isə üçüncü yeri tutub.
Beləliklə, komandamız turniri 3 qızıl, 1 gümüş və 3 bürünc medalla başa vurub.