”813 şagirddən 77-si güləşçidir”

Bu gün Mərdəkan qəsəbəsində yerləşən Süleyman Rüstəm adına xarici dillər təmayüllü gimnaziyaya media tur təşkil edilib. Allsport.az xəbər verir ki, gimnaziyanın direktoru Tural Mirzəliyev təhsil ocağı haqqında ümumi məlumat verib:

“Bu təhsil ocağı 1960-cı ildən fəaliyyət göstərir. Ancaq əvvəlcə başqa statusa malik olub. 2014-cü ildən xarici dillər gimnaziya kimi fəaliyyətini davam etdirir. Heydər Əliyev fondu tərəfindən əsaslı təmir edildikdən sonra 2021-ci ildən yenidən istifadə verilib. Artıq 5 ildir ki, təhsil nazirliyi tərəfindən mərkəzləşdirilmiş imtahan vasitəsilə şagird qəbulu həyata keçirilir.

Respublikanın müxtəlif yerlərindən 813 şagird gimnaziyamızda təhsil alır. Onların 77-si güləşçidir. 5-ci sinifdən 11-ci sinifə qədər olan güləşçilər müxtəlif sinif komplektlərində təhsil alır. Onlar da ölkənin müxtəlif bölgələrindən gimnaziyaya cəlb edilib”.

Həmin kateqoriyadan