- Baxış sayı: 410
- 02 Dekabr 2025 22:30
- Baxış sayı: 147
- Dekabr 04, 2025
- 0

III MDB oyunlarının 9-cu günündə 11 idman növündə mübarizə olacaq.
Allsport.az saytı xəbər verir ki, Qəbələ şəhər stadionunda saat 14:00-da futbol üzrə Azərbaycan və Rusiyanın U-16 milliləri finalda üz-üzə gələcək.
Qəbələ olimpiya idman kompleksində isə badmintonçular 1/4 final və yarımfinalda özlərini sınayacaqlar.
Gəncə idman sarayında oğlan voleybolçulardan ibarət Azərbaycan millisi Rusiya ilə, Belarus isə Özbəkistanla qarşılaşacaq.
Burada həmçinin qılıncoynatma üzrə yarışda növbəti medalçılar müəyyənləşəcək, güllə atıcılığı yarışlarında 1/4 final və finallar baş tutacaq.
Gəncə olimpiya kompleksində qızlar və oğlan sərbəst güləşçilər arasında qaliblər bəlli olacaq.
Şəki şəhər stadionunda çövkən üzrə yarımfinal keçiriləcək. Azərbaycan Qazaxıstanla, Qırğızıstan isə Özbəkistanla qarşılaşacaq.
Yevlax olimpiya idman kompleksində boksda qızıl medal uğrunda görüşlər baş tutacaq.
Xankəndi şəhər stadionunda kamandan oxatma yarış davam edəcək.
Mingəçevir “Kür” olimpiya mərkəzində karatedə son günündə qaliblərin adları müəyyənləşəcək.
Göygöl olimpiya idman kompleksində cüdo start götürəcək.