9 klub, 18 rekordçu

Azərbaycan Premyer Liqasının 2015/16 mövsümündə iştirak edəcək 10 klubdan 9-u əvvəllər də güclülər dəstəsində çıxış edib. Allsport.az xəbər verir ki, həmin klublar Premyer Liqadakı rekordçulara malikdir.

Bunlar komandanın heyətində güclülər dəstəsində ən çox oyun keçirən və ən çox qol vuranlardır. 9 klubun ümumilikdə 18 rekordçusu var. Yalnız Viktor Mendi hər iki göstəricidə “Qəbələ”nin rekordçusudur. Lakin o, bir göstəricidə şərikli nəticəyə malikdir. “Zirə” Premyer Liqanın debütantı olduğundan klubun rekordçusu yoxdur.

Klubun heyətində çempionatda ən çox oyun keçirən futbolçular

“Qarabağ”: Aslan Kərimov – 268

“İnter”: Vladimir Levin – 205

“Qəbələ”: Dodo, Viktor Mendi – 112

“Neftçi”: İqor Getman – 182

AzAL: Usim Nduka – 208

“Xəzər Lənkəran”: Rahid Əmirquliyev – 236

“Sumqayıt”: Slavik Alxasov – 92

“Kəpəz”: Azər Məmmədov – 186

“Rəvan”: Ramazan Abbasov – 70

Klubun heyətində çempionatda ən çox qol vuran futbolçular

“Qarabağ”: Müşfiq Hüseynov – 109

“İnter”: Baçana Sxadadze – 31

“Qəbələ”: Viktor Mendi – 29

“Neftçi”: Samir Ələkbərov – 99

AzAL: Zohair Benouahi – 24

“Xəzər Lənkəran”: Zaur Ramazanov – 33

“Sumqayıt”: Məhəmməd Qurbanov – 18

“Kəpəz”: Fazil Pərvərov – 80

“Rəvan”: Xuan Manuel Varea – 17

Həmin kateqoriyadan