“Red Bull” yeni simasını seçdi

Avstriya markası olan “Red Bull” şirkəti “Qarabağ”ın 20 yaşlı hücumçu Musa Qurbanlını rəsmi olaraq qlobal atletləri sırasına daxil edib.

Allsport.az xəbər verir ki, razılaşmaya əsasən, gənc futbolçu bundan sonra “Red Bull” markasının siması olacaq. 

Artıq uzun müddətdir ki, qlobal marka olan “Red Bull” 20 yaşlı hücumçunun fəaliyyəti ilə maraqlanır və onun inkişafını izləyirdi. 

“Bütün dünyada “Red Bull” markasının idmançılar üçün etdiyini izləyirəm. “Red Bull”un brend dəyərlərini təmsil etməkdən çox şadam”, deyə, Musa Qurbanlı bildirib.

“Red Bull” markasının bütün dünyada 850-dən çox idmançısı var. Müxtəlif ölkələrdən olan idmançılar fərqli idman sahələrini təmsil edirlər. Böyük Britaniya, ABŞ, Belçika, İspaniya, Almaniya, Fransa, Türkiyə, Braziliya və digərləri bu ölkələr sırasındadır.

İdmançılar arasında dünyaca məşhur Braziliyalı futbolçu Neymarın, Formula 1 pilotu, dünya çempionu Maks VerstapenSerxio Peresin, dünyaca məşhur driftçi, adını Ginnesin rekordlar kitabına yazdırmış Abdo Feqalinin, “Liverpul” klubunun müdafiəçisi Trend Arnoldun, hündürlükdən paraşütlə tullanmaqla eyni anda 3 dünya rekordu qırmağı bacaran avstriyalı Feliks Baumqartnerin və bir çoxlarının adını qeyd etmək olar. 

Həmin kateqoriyadan