- Baxış sayı: 289
- 03 Dekabr 2025 20:20
- Baxış sayı: 104
- Dekabr 05, 2025
- 0

Sərbəst güləş üzrə 2-qat olimpiya, 4-qat dünya çempionu Con Smit və qadın güləşi üzrə dünya çempionatının 2-qat bürünc medalçısı Seli Roberts sentyabrın 27-28-də olimpiya güləş mərkəzində millimizlə tanış olublar.
Allsport.az saytı xəbər verir ki, qonaqlar yeniyetmə və gənc idmançılara master-klass keçməklə yanaşı, müxtəlif məsələlərlə bağlı tövsiyələrini çatdırıblar. Federasiya rəhbərliyi tanınmış mütəxəssislərlə görüşərək fikir mübadiləsi aparıblar.
Qonaqlara xatirə hədiyyələri təqdim olunub. Amerikalı məşqçilər qarşıdakı 3 gündə Astara və Gəncədə yerli güləşçilərə master-klass keçəcəklər.