AÇ-də iştirak edəcək yunan-Roma güləşçiləri

İyunun 27-dən iyulun 3-dək Romada güləş üzrə U-20 Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, mübarizəyə ilk öncə “klassiklər” başlayacaq.

Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədov və Turac Hüseynlinin rəhbərliyi ilə Nihad Quluzadə (55 kq), Nihat Məmmədli (60 kq), Ziya Babaşov (63 kq), Kənan Abdullazadə (67 kq), Qurban Qurbanov (72 kq), Xasay Həsənli (77 kq), Rauf Əliyev (82 kq), Laçın Vəliyev (87 kq) və Heybulla Qıstarov (130 kq) çıxış edəcəklər.

AGF-in rəhbər şəxsləri olimpiya güləş mərkəzində komanda ilə görüşüb. Federasiyanın baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, Əməkdar bədən tərbiyəsi və idman xadimi Elçin Cəfərov onlara uğurlar arzulayıb. 

Qitə birinciliyində bizdən 1-ci kateqoriyalı hakim Elman İsmayılov ədaləti qoruyacaq.

Həmin kateqoriyadan