- Baxış sayı: 93
- 17 Dekabr 2024 22:11
- Baxış sayı: 155
- Dekabr 18, 2024
- 0
Allsport.az xəbər verir ki, Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.
Altıncı yarış günündə 45, 51, 60, 71 və 92 kq-da yer alan sərbəst güləşçilər xalçaya çıxıb.
Cəfər Cəfərov (45 kq) debütdə türkiyəli Əbubəkr Gür üzərində inamlı qələbə qazanıb – 16:7. Güləşçimiz ermənistanlı Armen Papikyana tam üstünlüklə (10:0) qalib gələrək yarımfinala yüksəlib. Cəfərovun qarşısında polşalı Pavlo İlnitski cəmi 35 saniyə duruş gətirə bilib – 10:0. Cəfər finalda gürcüstanlı Mate Tsinadzeni də vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.
Seyhun Əlizadə (51 kq) 1/8 finalda ermənistanlı Saşa Petrosyanla bacarmayıb – 2:15. Rəqib finala yüksəldiyi üçün Əlizadə təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.
Camal Abbasov (60 kq) 1/8 finalda fransalı Abdullah Nakayevə heç bir şans tanımayıb – 11:0. Gəncə güləş məktəbinin yetirməsi yunanıstanlı Flippos Psoması da 6:0 hesabıyla xalçadan məyus yola salıb. Abbasov yarımfinalda türkiyəli Vahid Yılmaza vaxtından əvvəl (10:0) qalib gəlib və ikinci dəfə Avropa çempionatının finalına yüksəlib. Həlledici görüşdə Camalın rəqibi rusiyalı Akramat Şakriyev olub. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.
İsmayıl Rəhimli (71 kq) litvalı Arnas Linkeviçyusa 10:0 hesabıyla qalib gəlsə də, 1/4 finalda ermənistanlı Narek Nikoqosyana minimal fərqlə (2:3) məğlub olub. Rəqibin finaladək irəliləməsi Rəhimli bürünc medal qazanmaq şansı yaradıb. İsmayıl təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb – 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.
Səid Paşayev (92 kq) təsnifat mərhələsində türkiyəli Eyyup Çətinə müqavimət göstərə bilməyib – 2:13. Rəqib finala yüksəldiyi üçün Paşayev təsəlliverici görüşdə iştirak hüququ qazanıb. Səid belaruslu Aleksey Kulakovla da bacarmayıb – 0:10.