- Baxış sayı: 35
- 14 Yanvar 2025 20:41
- Baxış sayı: 635
- Yanvar 10, 2025
- 0
Qadın voleybolçulardan ibarət millimizin kapitanı Oksana Qurd (Parxomenko) karyerasını bitirib. Allsport.az saytı xəbər verir ki, o bu addımı komandamızın Niderland və Belçikada keçirilən Avropa çempionatının final mərhələsində uğursuz çıxışından sonra atıb. Amma təcrübəli idmançı voleybolu birdəfəlik tərk etməyib. Oksana «Azərreyl»də menecer vəzifəsində çalışacaq.
Xatırladaq ki, «B» qrupunda yer alan yığmamız Türkiyə (0:3), Belçika (0:3) və Macarıstan kollektivlərinə (1:3) uduzaraq, mübarizəni xalsız və erkən dayandırıb.