- Baxış sayı: 129
- 02 Fevral 2026 09:25
- Baxış sayı: 90
- Fevral 02, 2026
- 0

Azərbaycan cüdo federasiyası (ACF) istedadlı idmançıların peşəkar inkişafını dəstəkləmək, texniki-taktiki hazırlığı təkmilləşdirmək və fiziki hərəkətlərin icrasında texniki düzgünlüyü artırmaq məqsədi ilə məşqçilər heyətinin gücləndirilməsi barədə qərar qəbul edib.
Allsport.az saytı xəbər verir ki, Orxan Səfərov, yeniyetmə oğlanlardan, Tərlan Kərimov isə bu yaş dərəcəsi üzrə qızlardan ibarət milli yığma komandaların məşqçisi vəzifəsinə təyin edilib.
Hər 2 mütəxəssis fəal idmançı karyerasını başa vurduqdan sonra, ACF-in dəstəyi ilə peşəkar bilik və bacarıqlarını artırıb, Beynəlxalq cüdo federasiyasının akademiyasını (IJF Academy) uğurla tamamlayıb.
Orxan Səfərov həmçinin Yaponiyanın Tokai Universitetində bir aylıq məşqçi hazırlıq proqramında iştirak edərək müasir məşq metodologiyaları üzrə praktiki təcrübə qazanıb. Hal-hazırda da BCF Akademiyasında 2-ci səviyyə məşqçilik kursunda təhsil alır. Paralel olaraq ACF-də təhsil eksperti kimi fəaliyyət göstərir, yerli məşqçilər və idmançıların peşəkar inkişafına töhfə verir. Azərbaycan İdman Akademiyasında tədris prosesində iştirak edir, nəzəri və praktiki dərslər aparır.
Tərlan Kərimov ölkədə idmanın təbliği, gənclərin və uşaqların sağlam həyat tərzinə cəlb olunması və idmana inteqrasiyası istiqamətində aktiv fəaliyyət göstərir. ACF-in ölkə məşqçilərinin peşəkar inkişafı ilə əlaqədar təhsil fəaliyyətlərində aktiv iştirak edir.
Hər 2 məşqçi “İstedadların seçimi” turnirlərində fərqlənərək “Gələcəyin ümidləri” təlim proqramına seçilmiş yeniyetmə cüdoçularla çalışacaq, onların texniki-taktiki bacarıqlarının və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsi istiqamətində sistemli fəaliyyət göstərəcək.
Nəzərinizə çatdıraq ki, son dövrdə müxtəlif yaş qrupları üzrə yığmalara əcnəbi çalışdırıcılar təyin olunduğundan, yerlilərlə müqayisədə tarazlıq pozulmuş və idman ictimaiyyətində haqlı və ciddi narazılığa səbəb olmuşdu.