- Baxış sayı: 72
- 09 Fevral 2026 15:55
- Baxış sayı: 124
- Fevral 23, 2026
- 0

Stolüstü tennis həvəskarlarını qarşıda daha bir maraqlı yarış gözləyir.
Allsport.az xəbərv erir ki, söhbət beynəlxalq stolüstü tennis federasiyasının yaradılmasının 100 illiyinə və Bakının 2026-cı il “Dünya idman paytaxtı” seçilməsinə həsr olunan “Açıq Bakı” turnirindən gedir.
Azərbaycan stolüstü tennis federasiyası tərəfindən “Şüa idman kompleksi”ndə təşkil olunacaq turnirdə əsasən həvəskar və veteran stolüstü tennisçilər bacarıqlarını göstərəcəklər.
Peşəkar idmançılar yalnız qoşa yarışlarda (bir peşəkar və bir həvəskar olmaqla) mübarizə aparacaqlar. 4-5 aprel / 11-12 apreldə keçiriləcək yarışın mükafat fondu 3000 manat olacaq.