- Baxış sayı: 41
- 22 Noyabr 2024 12:25
- Baxış sayı: 95
- Noyabr 21, 2024
- 0
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası 3 yeni magist ixtisasları “İdman tibbi və reabilitasiya”, “İdman menecmenti” və “İdman jurnalistikası” üzrə qəbul elan edir. Allsport.az saytı xəbər verir ki, ADBTİA-nın tədrisi ingilis dilində olan bu ixtisaslarına qəbul olmaq istəyən bakalavrlar Dövlət İmtahan Mərkəzinin magistr imtahanın yalnız birinci mərhələsini keçməli və Mərkəz tərəfindən birinci mərhələ üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəməlidirlər.
Nəzərinizə çatdırırıq ki, bakalavrlar qəbul imtahanının ikinci mərhələsi əvəzinə, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının müəyyən etdiyi qəbul prosedurlarından keçməlidirlər. Bununla yanaşı, bu ixtisasları seçən bakalavrlar TOEFL IBT (minimum 83 bal) və ya IELTS (minimum 6.5 bal) test nəticələrini təqdim etməlidirlər.
“İdman tibbi və reabilitasiya”, İdman menecmenti” və “İdman jurnalistikası” üzrə magistr ixtisaslarına ərizələrin qəbulu internet vasitəsi ilə Dövlət İmtahan Mərkəzinin internet səhifəsində (http://www.tqdk.gov.az) 2017-ci il martın 10-dan 17-dək aparılır.