- Baxış sayı: 25
- 02 Aprel 2025 20:41
- Baxış sayı: 63
- Mart 24, 2025
- 0
Azərbaycan kubokunun 1/8 final mərhələsində “Neftçi” doğma meydanda “Difai Ağsu”nu darmadağın edib – 6:0.
Allsport.az xəbər verir ki, oyundan sonra “flaqman”ın baş məşqçisi Samir Abbasov bunu deyib:
“Futbolçulara təşəkkür edirəm. Bu cür oyunlarda meydandakı nizam-intizam çox önəmlidir. Xüsusilə göstərilən əzmkarlıq sevindiricidir. Bu gün buna ehtiyacımız var. Rəqibin birinci liqa komandası olmasına baxmayaraq, çox yaxşı oyun alındı. Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq. Futbolçulardan və onların göstərdikləri əzmkarlıqdan çox razı qaldım. Belə də davam edəcəyik”.