AFFA 7 klubu cərimələyib

AFFA intizam komitəsinin növbəti iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda 1-ci divizioniun 8-ci turunda qayda pozuntularına hüquqi qiymət verilib:

“Keşlə-2” – MOİK oyununda meydan sahibi klub AFFA nümayəndəsinin əsasnamə və qaydalara uyğun verdiyi göstərişlərini (avtomaşınların parklanması və mühafizəsinin təşkil olunması) yerinə yetirmədiyi üçün, 80 manat cərimə olunub. “Keşlə-2”nin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“Kəpəz” – “Qarabağ-2” oyununda oyun öncəsi təcili yardım nümayəndəsi təyin olunan vaxtda (yeni təlimata görə oyunun başlamağına ən geci 45 dəqiqə qalmış) iclasda iştirak etmədiyi üçün, meydan sahibi klub 40 manat ziyana düşüb. Oyun öncəsi polis nümayəndəsi təyin olunan vaxtda iclasda iştirak etmədiyi üçün “Kəpəz” 40 manat cərimə olunub. Ev sahibinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, əlavə 80 manat cərimələnib. “Qarabağ-2”nin 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün, klub 80 manat itirib.

“Sumqayıt-2” – “Zaqatala” oyununda təcili tibbi yardım vaxtında gəlmədiyi üçün matç gec başlandığına görə meydan sahibi klub 160 manat cərimələnib.

“Neftçi-2” – “Turan Tovuz” oyununda qonaqların 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimələnib.

“Qaradağ Lökbatan” – “Sabah-2” oyununda qonaqların 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat ziyana düşüb.

Həmin kateqoriyadan