- Baxış sayı: 49
- 15 Noyabr 2024 21:26
- Baxış sayı: 37
- Noyabr 25, 2024
- 0
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Allsport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra 1-ci divizionun 7-ci turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:
“Mil-Muğan” – “Turan Tovuz” matçının 60-cı dəqiqəsində “Mil-Muğan”ın futbolçusu Elxan Məmmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 20 manat cərimə olunub.
“Göyəzən” – “Şəmkir” matçında “Şəmkir”in 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub. Oyunun 78-ci dəqiqəsində “Göyəzən” klubu meydançanı özbaşına tərk edib, 2 dəqiqə sonra geri qayıdıb. Oyunun yenidən bərpa olunmasına baxmayaraq, klub 1000 manat cərimə olunub. Bu hal yenidən təkrarlandığı halda klub daha ağır cəzalanacaq.
“Bakı” – “Şahdağ” matçında “Şahdağ”ın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Energetik” – “Ağsu” matçında “Energetik”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 100 manat cərimə olunub.
“Bakılı” – “Zaqatala” matçının 89-cu dəqiqəsində “Zaqatala”nın futbolçusu Eşqin Tağıyev ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 100 manat cərimə olunub.