İntizam komitəsi klubları cərimələdi

AFFA intizam komitəsinin bu gün keçirilən iclasında premyer liqanın XI turunda baş verənlərlə bağlı qərar qəbul edilib.

Allsport.az xəbər verir ki, komitə aşağıdakı qərarları qəbul edib:

“Qəbələ” – “Sumqayıt” oyununda “kimyaçılar”ın 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.

“Zirə” – “Turan Tovuz” oyununda “qartallar”da 5 nəfər sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.

Eyni oyunda qonaqların futbolçusu Roberto Olabe ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyun oyuna buraxılmasın, klubu isə 500 manat cərimə edilib.

“Kəpəz” – “Sabah” oyununda Gəncə təmsilçisi 5 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.

Eyni matçda “bayquşlar” da 4 futbolçusu sarı vərəqə aldığı üçün 700 manat cərimə edilib.

“Qarabağ” – “Neftçi” oyununun 90-cı dəqiqəsində Ağdam təmsilçisi azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə 6000 manat cərimə edilib. Bu matçda “flaqman” azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığına və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 3500 manat cərimə edilib.

“Neftçi” klubu həmçinin azarkeşləri tərəfindən rəqib komandanın ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə 3-cü dəfə təkrarlandığına görə 7000 manat cərimə edilib. Tərəfdarlar tərəfindən oturacaqlar sındırıldığına, stadiona zərər vurulduğuna görə isə 3000 manat cərimə edilib.

Həmin kateqoriyadan