- Baxış sayı: 15
- 26 Mart 2026 16:59
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

AFFA hakimlər komitəsinin sədri Frank De Blekerin Azərbaycan Premyer Liqasının XX turunda keçirilən “Qarabağ” – “Turan Tovuz” (1:2) oyununda mübahisəli epizodla bağlı açıqlama verib.
Allsport.az xəbər verir ki, belçikalı mütəxəssis Tovuz təmsilçisinin bərabərlik qolunun qaydalar çərçivəsində vurulduğunu deyib:
“Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusu Kauan Martinsin önünə düşür və o, qol vurur.
VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçünv hesaba alınır.