- Baxış sayı: 15
- 26 Mart 2026 16:59
- Baxış sayı: 23
- Mart 26, 2026
- 0

AFFA intizam komitəsi Mirabdulla Abbasovu cəzalandırıb. Allsport.az saytı xəbər verir ki, 27 yaşlı hücumçu 1-ci divizionun 16-cı turunda “Neftçi-2″də “Qaradağ Lökbatan”la səfər oyununun 42-ci dəqiqəsində hakimi təhqir edib.
O bu səbəbdən qırmızı vərəqə ilə cəzalandırılıb, 4 oyunluq diskvalifikasiyaya olunub, klubu 320 manat cəriməyə məruz qalıb.
Həmin görüş “Qaradağ Lökbatan”ın 2:0 qələbəsi ilə bitib.