AFFA icraiyyə komitəsində hansı qərarlar verildi?

Bu gün AFFA-nın inzibati binasında icraiyyə komitəsinin iclası keçirilib. Allsport.az saytı xəbər verir ki, müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:
1. 2018/2019-cu il mövsümündə 1-ci divizionda oyunlar topaz premyer liqası klublarının əvəzedici komandaları və ötən mövsüm aşağı dəstədə çıxış etmiş 6 və ya 4 klubun iştirakı ilə keçirilsin
2. Turnirdə iştirak edən komandalar üçün yaş limiti aşağıdakı kimi tətbiq olunsun:
4 futbolçu – yaş limiti olmadan
6 futbolçu – 1998-ci il və daha gənc təvəllüdlü
1 futbolçu – 2001-ci il və daha gənc təvəllüdlü
Yaş həddi tətbiq olunmayan 4 futbolçudan 2-si legionçu ola bilər
3. Adları aşağıda göstərilmiş futbol veteranlarına AFFA-nın təqaüdü verilsin:
Nüvər Xasıyev
Səfər Rəhimov

Həmin kateqoriyadan