- Baxış sayı: 16
- 04 Dekabr 2024 11:36
- Baxış sayı: 315
- Dekabr 02, 2024
- 0
AFFA intizam komitəsinin iclası keçirilib. Allsport.az xəbər verir ki, iclasda premyer liqanın 15-ci turundakı qayda pozuntuları ilə bağlı qərarlar qəbul edilib.
“Araz-Naxçıvan” – “Turan Tovuz” oyununun 83-cü dəqiqəsində qonaq komandanın azarkeşləri tərəfindən hakimlərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığına görə, klubuna xəbərdarlıq edilib;
“Şamaxı” – “Kəpəz” oyununda Gəncə klubunun 4 futbolçusu sarı vərəqə aldığı üçün, 700 manat cərimələnib;
“Zirə” – “Sumqayıt” oyununda “kimyaçılar”ın 5 futbolçusu sarı vərəqə aldığına görə, 700 manat ziyana düşüb;
“Neftçi” – “Qarabağ” oyununda “ağ-qaralar”ın azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığından, klub 800 manat cərimə edilib;
“Neftçi” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ikinci dəfə yaşandığına görə, 500 manat cərimələnib;
“Neftçi” komandasının meydançaya gec çıxması səbəbindən gec başladığı üçün, klub 1500 manat əlavə ziyada düşüb;
“Qarabağ” azarkeşləri tərəfindən pirotexniki vasitədən istifadə edildiyinə görə, 1500 manat cərimə edilib;
“Qarabağ” azarkeşləri tərəfindən kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirildiyinə və bu hal cari mövsümdə ilk dəfə yaşandığından, kluba xəbərdarlıq edilib.