- Baxış sayı: 13
- 04 Fevral 2026 13:57
- Baxış sayı: 153
- Fevral 02, 2026
- 0

AFFA rəhbərliyi bu gün təlim-məşq toplanışına başlayan 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının düşərgəsini ziyarət edib.
Allsport.az xəbər verir ki, qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev millinin yeni baş məşqçisi Ayxan Abbasova uğurlar arzulayıblar. Ayxan Abbasov isə göstərilən etimada görə təşəkkürünü bildirib. O, U-21-də çalışmağın böyük məsuliyyət olduğunu söyləyib.
U-21 mill martın 18-dən 26-dək Antalyada təlim-məşq toplanışı keçəcək. Hazırlıq çərçivəsində komanda martın 22-də Moldova, 25-də isə Şimali Makedoniyanın müvafiq yaş qrupundan ibarət komandası ilə iki yoxlama görüşündə üz-üzə gələcək.