- Baxış sayı: 102
- 26 Mart 2026 23:49
- Baxış sayı: 242
- Mart 26, 2026
- 0

Beynəlxalq peşəkar futbolçular assosiasiyaları federasiyası (FİFPro) cari il üçün ən yaxşı Afrika oyunçularından ibarət rəmzi komandanı elan edib.
Allsport.az xəbər verir ki, heyətdə Türkiyə superliqasının da üzvləri var:
Qapıçı: Andre Onana (Kamerun, “Mançester Yunayted”).
Müdafiəçilər: Şansel Mbemba (Konqo DR, “Marsel“), Kalidu Kulibali (Seneqal, “Əl-Hilal”), Əşrəf Hakimi (Mərakeş, PSJ).
Yarımmüdafiəçilər: Frank Kessie (Fildişi Sahili, “Əl Əhli”), Sofyan Amrabat (Mərakeş, “Fənərbağça”), Məhəmməd Kudus (Qana, “Vest Hem”), İv Bissuma (Fildişi Sahili, “Tottenhem”).
Hücumçular: Ademola Lukman (Nigeriya, “Atalanta”), Viktor Osimhen (Nigeriya, “Qalatasaray”), Məhəmməd Salah (Misir, “Liverpul”).