Ağ Evdəki turnir üçün 60 milyon avro

UFC-nin iyunda Ağ Evdə keçirməyi planlaşdırdığı tarixi turnirin xərcləri 60 milyon dollara çata bilər.

Allsport.az xəbər verir ki, bu məbləğ 2024-cü ildə Las-Veqasdakı “Sphere” arenasında keçirilən və 20 milyon dollara başa gələn UFC 306 turnirindən üç dəfə çoxdur.

UFC rəhbəri Dana Uayt bildirib ki, ABŞ-nin müstəqilliyinin 250 illiyinə və prezident Donald Trampın 80 illik yubileyinə (14 iyun) təsadüf edəcək bu tədbir üçün xüsusi infrastruktur qurulacaq. Təkcə qazonun bərpası üçün 700 min dollar xərclənəcəyi gözlənilir. Turnir zamanı oktaqonun cənub həyətində qurulacağı, döyüşçülərin isə qəfəsə Oval kabinetdən gələcəyi planlaşdırılır. Təhlükəsizlik səbəbindən canlı izləyici sayı 3000-5000 nəfərlə məhdudlaşsa da, yaxınlıqdakı parkda 85 min azarkeş üçün böyük ekranlar quraşdırılacaq. Çəkiölçmə mərasiminin isə Linkoln memorialı önündə keçirilməsi nəzərdə tutulur.

Həmin kateqoriyadan