- Baxış sayı: 25
- 03 Dekabr 2024 19:58
- Baxış sayı: 282
- Dekabr 02, 2024
- 0
“Neftçi”nin qadınlardan ibarət komandası çempionlar liqasının 1-ci mərhələsində Avstriyanın “Sankt-Pölten” klubu ilə matçın hazırlığını davam etdirir. Allsport.az saytı xəbər verir ki, baş məşqçisi Siyasət Əsgərov olan “ağ-qaralar” heyətini 10 futbolçu ilə gücləndirib.
Qapıçı: Aytac Şərifova (sonuncu klubu “Trabzonspor” Türkiyə).
Müdafiəçilər: Alina Nəhmədova (“Sumqayıt”), Fidan Cəfərova (“Baku Juniors”), Sevgi Sevin Ergen (“Trabzonspor” Türkiyə), Güzide Alçu (“Amedspor” Türkiyə).
Yarımmüdafiəçilər: Eda Nur Özbay (“Bornova Hitab Spor” Türkiyə), Meryem Küçükbirinci (“Trabzonspor” Türkiyə), Şehriban Dülek (“Amedspor” Türkiyə), Vüsalə Seyfəddinova (“Olimpiada İmittou” Yunanıstan).
Hücumçu: Xanım Əsədova (“Sabah”).
Sentyabrın 4-də Gürcüstanın Tsxaltubo şəhərində təşkil olunacaq oyun saat 18:00-da başlanacaq.