- Baxış sayı: 47
- 15 Mart 2026 20:31
- Baxış sayı: 174
- Mart 16, 2026
- 0

Beynəlxalq dərəcəli həndbol hakimləri Emil və Ernest Ağakişi qardaşları növbəti təyinat alıblar.
Allsport.az xəbər verir ki, həmyerlilərimiz kişilər arasında Avropa kubokunun üçüncü mərhələsinin “Nilüfər Bələdiyyəspor” (Türkiyə)- “Red Boys”(Lüksemburq) matçında ədaləti təmsil edəcəklər.
Qarşılaşmada Avropa həndbol federasiyasının (EHF) nümayəndəsi yunanıstanlı Konstantinos Katsikis olacaq.
Görüş noyabrın 16-da Bursa şəhərinin “Nilüfər Bələdiyyə” idman kompleksində keçiriləcək.