Bəşir İsazadə – yeni olimpiya dərəcəli hakim! 2 referimiz millidən beynəlxalq kateqoriyaya yüksəldi!
- Baxış sayı: 166
- 19 Dekabr 2025 22:43


Azərbaycan güləş federasiyasında gözlənilməz rəhbər dəyişikliyi baş verəcək. Allsport.az saytının əldə etdiyi məlumata görə, baş katib Nəsimi Musayev vəzifəsindən ayrılacaq. Onu “Sabah” futbol klubunun icraçı direktoru Pərvin Piriyevin əvəz edəcəyi bildirilir.
Dünən yeniyetmələrdən ibarət sərbəst güləş millisi vətənə dönüb. Heydər Əliyev adına hava limanında qarşılanmada bu məsələ geniş müzakirə olunub. Təyinatın yaxın günlərdə rəsmiləşəcək.
Nəsimi Musayev 4 ildir AGF-də çalışır. Onun dönəmində müxtəlif yaş qrupları üzrə millilər daim komanda hesabında Avropa və dünya çempionatlarında ilk 3-lükdə qərarlaşır. Paris-2024 yay olimpiya oyunlarında bahadırlar 3 bürünc medal qazanıblar.
Kamran HACI